"ABŞ İran qarşısında tab gətirə bilməyəcəyini anlayır"
ABŞ-ın Müdafiə Nazirliyi-Pentaqonun keçmiş ekspertlərindən Maykl Maluf ABŞ-ın İrana hücum edəcəyi təqdirdə dərhal cavab alacağını çox yaxşı bildiyini söyləyib.
Əl-Məyadin telekanılan açıqlama verən Maluf, belə deyib: “Vaşinqton və Təl-Əvivin İrana qarşı səyləri, bu ölkəni regionda zəiflətmək üçün apardığı mürəkkəb bir müharibədir”.
Əslində ABŞ-ın İran ilə birbaşa üzləşmək istəmədiyini bildirən Maluf qeyd edib ki, Donlad Tramp yalnız gələcəkdəki seçkilərdə qalib olma şansının aşağı olduğunu görərsə, İranı provokasiyaya çəkə bilər.
Ekspert bu vəziyyətin Təl-Əvivin də istədiyi bir məsələ olduğunu vurğulayıb. Onun fikrincə, ABŞ İrana hücum edəcəyi təqdirdə dərhal cavab zərbələri alacağını çox yaxşı anlayır. Bəlkə də Eynül-Əsəd hərbi bazasına qarşı İranın heç nədən çəkinmədən öz təhdidini reallaşdırması bir meyar kimi qəbul olunub və ABŞ hərbiyyəsi bu faktı nəzərə almağa məcburdur.
ABŞ İRAN QARŞISINDA TAB GƏTİRMƏYƏCƏYİNİ ANLAYIR