May 10, 2020 08:32 Asia/Baku
  • Dünyada koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

Dünyada COVID-19-a yoluxanların ümumi sayı 4 100 788 təşkil edir. Qeyd edilir ki, COVID-19 yoluxan 280 432 insan ölüb.

 Bu barədə ABŞ-ın federal və yerli hakimiyyət orqanları, habelə KİV və başqa mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

SəhərAzəri koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalının məlumatına istinadən bildirir, dünyada COVID-19-a yoluxanların ümumi sayı 4 100 788 təşkil edir. Qeyd edilir ki, COVID-19 yoluxan 280 432 insan ölüb.

Bildirilir ki, ən çox koronavirusa yoluxma halları ABŞ (1 347 309), İspaniya (262 783), İtaliya (218 268), Böyük Britaniya (215 260) və Rusiyada (198 676) qeydə alınıb.

Ölüm saylarına görə də birinci pillədə ABŞ qərarlaşıb. Burada koronavirusdan 80 037 nəfər ölüb. Daha sonra ən çox ölüm halları Böyük Britaniyada (31 587), İtaliyada (30 395), İspaniyada (26 478) və Fransada (26 310) qeydə alınıb.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Teqlər