Obama: Trumpın korona böhranına reaksiyas; "Mütləq faciədir"
May 10, 2020 13:36 Asia/Baku
Amerikanın keçmiş prezidenti Barak Obama hazırkı prezident Donald Trump-ın corona virusunun yayılması ilə mübarizə siyasətini "Mütləq faciə" adlandırıb.
Amerikanın keçmiş prezidenti Obama hazırkı prezident Donald Trump-ı indiyə qədər görülən ən sərt ifadələrlə tənqid etdi.
Obama, cümə günü Donald Trump-ın corona virusu epidemiyasına reaksiyasını, hökumətin xaosla dolu fəlakət yaratması kimi qiymətləndirib.
Obama, eyni zamanda ağ evin hazırkı sakinlərini və müttəfiqlərini ABŞ-ın vəziyyətini, əski qəbilələr arasındakı gərginliyə oxşar şəraitə sürükləməkdə ittiham edib .
Obama, demokrat partiyanın prezidentliyə namizədi Jeo Baydeni dəstəklədiyini, Baydenin prezident seçilməsi üçün hər cür səy göstərəcəyini vurğuladı.