Tramp noyabr seçkilərini uduzacağından qorxur
ABŞ Prezidenti Donald Tramp qorxur ki, pandemiya onun payızda yenidən prezident seçilməsinə mane olsun.
“Vaşinqton Post” qəzeti məlumat yayıb ki, Donald Tramp hazırda azalan reytinqinə görə şokda və vəlvələdədir.
Qəzetin yazdığına görə, şəxsi söhbətlərdə Tramp taleyinin niyə bir anda dəyişdiyini anlamağa çalışır. O görür ki, hətta öz qərargahının hazırladığı sorğularda da demokratların namizədi Co Baydenə uduzur.
Amerika prezidentinin öz siyasi gələcəyindən narahatlığı koronavirus pandemiyasının ölkəni öz cənginə almasına xatir onun ünvanına yağdırılan tənqidlərlə əlaqədardır.
Konkret olaraq baş verənlərə görə, Amerikanın keçmiş prezidenti Obama hazırkı prezidenti yəni Donald Trump-ı ən sərt ifadələrlə tənqid edib.
Obama Donald Trump-ın Koronavirus epidemiyasına reaksiyasını hökumətin xaosla dolu fəlakət yaratması kimi qiymətləndirib.
O, eyni zamanda ağ evin hazırkı sakinlərini və müttəfiqlərini ABŞ-ın vəziyyətini, əski qəbilələr arasındakı gərginliyə oxşar şəraitə sürükləməkdə ittiham edib .
Trampın ötən seçkilərdəki rəqibi Hillari Klinton da ölkə başçısını səriştəsizlikdə ittiham edərək kinayə ilə bildirib ki, Trampın istədiyi Amerika birinci oldu, əlbəttə koronavirusa yoluxmaqda.
Faktlar ona dəlalət edir ki, Tramp koronavirus pandemiyasının tələsinə düşüb və ondan xilas olmağın yollarını axtarır. Halbuki, prezident Tramp infeksiya ölkəni cənginə alana qədər məsələni ciddiyə almır və mediları cəmiyyətdə qorxu hissi yaratmaqda ittiham edirdi.
TRAMP NOYABR SEÇKİLƏRİNİ UDUZACAĞINDAN QORXUR