Quterreş: "Covid-19" pandemiyası dünyada nifrət dalğası yaradır
https://azeri.sahartv.ir/news/dünya-i361631-quterreş_covid_19_pandemiyası_dünyada_nifrət_dalğası_yaradır
BMT-nin baş katibi yeni növ koronavirusun ayrı-seçkilik etməməsinə rəğmən cəmiyyətlər arasında nifrət hisslərini artdığı barədə xəbərdarlıq edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 11, 2020 08:41 Asia/Baku
  • Quterreş:

BMT-nin baş katibi yeni növ koronavirusun ayrı-seçkilik etməməsinə rəğmən cəmiyyətlər arasında nifrət hisslərini artdığı barədə xəbərdarlıq edib.

 

Antonio Quterreş öz video mesajında bildirib: ""Covid-19" kim olduğumuza, harada yaşadığımıza və nəyə inandığımıza baxmır amma, nifrət, günahlandırma və qorxu carçılığı, sunami kimi yayılmağa davam edir"

BMT-nin baş katibi sonra mühacir və qaçqınlara virusun mənbəyi kimi baxıldığını və müalicədən məhrum olduqlarını da qeyd edib.

Quterreş həmçinin jurnalistlərin, səhiyyə işçilərinin və insan hüquqları fəallarının hədəf göstərildiklərinə diqqət çəkərək deyib: "Cəmiyyətimizin nifrət virusuna qarşı immunitetini gücləndirməliyik".

COVID-19 DÜNYADA NİFRƏT DALĞASI YARADIR