Senders Trampın koronavirusla mübarizədəki fəaliyyətini tənqid edib
Demokrat senator və ABŞ prezident seçkilərinə keçmiş namizəd Trampın koronavirusla mübarizədəki fəaliyyət tərzini zalımcasına adlandırıb. Bildirib ki, onun fəaliyyəti minlərlə nəfərin həyatı bahasına başa gəlib.
SaharAzeri-nin verdiyi məlumata görə, Berni Senders sonra deyib: Tramp elə ilk gündən koronavirus pandemiyası təhlükəsini önəmsiz saydı və yalan danışmaqla öz ləyaqətsizliyini əsaslandırmağa çalışdı.
Koronavirus pandemiyasının Amerika iqtisadiyyatına göstərdiyi təsir nəticəsində aprel ayında bu ölkədə təqribən 20,5 milyon peşə itirildi və Birləşmiş Ştatlarda işsizlik göstəricisi 14,7 faizə yüksəldi.
COVID-19 pandemiyasının ardınca Amerikada turizm sənayesi orta hesabla 7,7 milyon peşə olmaqla, peşənin itirilməsi cəhətdən ən yüksək statistikanın şahidi olubdur.
Hal-hazırda Amerikada bir milyon 373 min 706 nəfər koronavirusa yoluxub. Bu miqdardan 81 min 31 nəfər vəfat edib, 257 min 774 nəfər isə sağalaraq, həyata qayıdıbdır.