Tramp öz yerinin Pelosiyə verilməsinə sərt münasibət bildirib
Tramp ilə müavininin ehtimal üzrə COVID-19-a yoluxmaları məsələsinin irəli sürülməsilə Tramp bildirib ki, öz yerini müvəqqəti olaraq, nümayəndələr palatasının sədrinə təhvil verməyə hazır deyildir.
SaharAzeri xəbər verir: Amerika prezidenti Donald Tramp çərşənbə axşamı günü, Trampın və onun müavini Mayk Pensin koronavirusa yoluxacaqları təqdridə bu ölkə konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosinin Amerikada hökumətin işlərini əlinə alacağına dair məlumata reaksiyada bir daha Pelosini öz söyüşləri hədəfinə alıbdır.
O, bir tvitter mesajında, qeyd olunan məlumatı paylaşaraq, yazıb: Bəs çox ehtiyatlı olmalıyıq. Divanə Nensi «mütləq bir faciə» olacaq və Amerika heç vaxt kommunist bir ölkə olmayacaqdır.
Amerika qanunlarına görə, prezidentin və ondan sonra onun müavininin hər hansı bir dəlilə görə, hökuməti idarə etməyə qadir olmayacaqları halda, ABŞ konqresi seçkilərin vaxtı gəlib çatan zamanadək prezidentliyə üçüncü bir şəxsi təqdim edəcək.
Bu qanunda deyilir ki, nümayəndələr palatasının sədri öz vəzifələrini tapşırmaqla müvəqqəti prezident ola bilər.
Bu məlumatın yayılmasına səbəb bu olubdur ki, Ağ Ev-də üç nərəf koronavirusa yoluxub və COVID-19-a yoluxma təhlükəsi Trampı və onun müavinini təhdid edir.
İndiyədək bir milyon 385 mindən çox amerikalı koronavirusa yoluxub və yoluxanlardan 81 min nəfərdən çox insan da həyatını itiribdir.
TRAMP ÖZ YERİNİ PELOSİYƏ VERMƏK İSTƏMİR