May 13, 2020 14:50 Asia/Baku
  • ABŞ-ın nəhəng təyyarə istehsal edən şirkətləri çökür

Boeing şirkətinin martın sonu üçün 5049 ədəd təşkil edən yeni təyyarə sifarişlərinin sayı son yeddi ildə ilk dəfə olaraq 5 mindən aşağı – 4834-ə düşüb. 

Dünya aviasiya nəhəngi “Boeing” şirkəti sifarişlərini sürətlə itirməkdədir. Belə ki, şirkətin martın sonu üçün 5049 ədəd təşkil edən yeni təyyarə sifarişlərinin sayı son yeddi ildə ilk dəfə olaraq 5 mindən aşağı – 4834-ə düşüb. 

SəhəeAzəri xəbər verir, “Dow Jones”un məlumatına görə, konsernə verilmiş 108 ədəd 737 MAX təyyarəsi üzrə sifarişlər ləğv edilib. Daha 101 təyyarənin istehsalından isə “Boeing” pandemiya üzündən yaranmış böhranla bağlı özü imtina etməli olub.

Bununla yanaşı, şirkətin genişfyuzelyajlı təyyarələrlə bağlı sifarişlərində dəyişiklik olmayıb. Ümumiyyətlə, aprel ayında “Boeing” bir dənə də olsun yeni təyyarə sifarişi almayıb. Amma 3 böyük lizinq şirkəti iki dəhşətli qəzadan sonra istismarı dayandırılan 737 MAX təyyarələrinin alınması üzrə öhdəliklərin icrasından imtina edib.

Dünyanın digər aviasiya nəhəngi olan “Airbus” isə aprel ayında 9 yeni təyyarə sifarişi alıb. Beləliklə, onun ümumi sifarişlərinin sayı 7,5 min təyyarəyə çatıb.

“Boeing”in rəhbəri Devid Kelhun qeyd edib ki, aviasiya sektorunun koronavoirus pandemiyası ilə bağlı yaranmış böhrandan çıxması 3 il vaxt tələb edə bilər: “Hesab edirəm ki, aviadaşımaların 2019-ci il səviyyəsinə çatması üçün 3 illik müddət tələb olunacaq. Daha 2 il isə bizim böhrana qədərki inkişaf səviyyəsinə çatmağımıza lazım gələcək".

Kelxunun sözlərinə görə, dövlətin əmək haqqına yardım proqramı başa çatandan sonra – sentyabrda bir çox ABŞ aviaşirkətləri fəaliyyətlərini dayandırmalı olacaqlar. “Boeing” rəhbəri hesab edir ki, sentyabrda aviadaşımaların həcmi böhrandan əvvəlkinin 25 faizindən də aşağı olacaq, ilin sonuna isə 50 faizinə yaxınlaşacaq.

Teqlər