May 13, 2020 13:32 Asia/Baku
  • Amerikalı epidemioloq alim Trampı soyqırım törətməkdə ittiham edib

“Əslində soyqırıma çox yaxınlaşdıqlarını” iddia edən alim, ABŞ-ın koronavirus pandemiyası ilə bağlı təcrübəsiz davranışını sərt şəkildə tənqid edib.

ABŞ-ın Yel Universiteti Xalq Sağlamlığı Fakültəsinin alimi və Epidemiologiya mütəxəssisi Qreqq Qonsalves, ABŞ-ın koronavirus pandemiyasını idarə etmədəki bacarıqsızlığı ilə bağlı fikirlərini bildirib.

SəharAzəri Deyerler poetalının Huffpost-a istinadən verdiyi xəbərə əsasən bildirir, Qonsalves “əslində soyqırıma çox yaxınlaşdıqlarını” iddia edərək, ABŞ-ın koronavirus pandemiyası ilə bağlı təcrübəsiz davranışını sərt şəkildə tənqid edib.

Qonsalves keçən həftənin çərşənbə günü Donald Trampın koronavirus infeksiyasına yoluxma saylarına baxmayaraq, “Ağ Evin koronavirus işçi qrupunu azaltılacağını” söyləməsindən sonra, Tvitter üzərindən paylaşdığı mesajında “Seçkidən əvvəl bu yay neçə nəfər öləcək” sualını soruşub: “Ölümlərin nə qədəri Afrika mənşəli amerikalı, latin amerikalılar və digər rəngli insanlar arasından olacaq? Bu getdikcə adətən bir soyqırıma daha çox yaxınlaşır. Dövlət siyasəti ilə kütləvi ölümləri başqa necə adlandıra bilərik?”.

O, növbəti tvitində isə, “ABŞ-da baş verənlər qəsdən, diqqətsizlik, laqeydlik, liderlərin işlərindəki uğursuzluqlarına görədir. Beynəlxalq qanunlar çərçivəsində məsuliyyətə cəlb oluna bilərlər?” ifadəsini yazıb. Ondan sonra isə, “Yaxşı, minlərlə insanın diqqətsizlik, laqeydlik və hərəkətsizlikdən ölməsi beynəlxalq hüquqa görə, nə deməkdir” tvitini atıb.

ABŞ-da epidemiya nəticəsində ölənlərin sayı 82 mini keçib. Ölkə daxilində 1,4 milyona yaxın insan KOVİD-19 infeksiyasına yoluxub.

 

Teqlər