May 17, 2020 08:43 Asia/Baku
  • QH BMT TŞ-nin sionist rejimə qarşı təcili iclas keçirməsini istəyib

Qoşulmama Hərəkatına üzv ölkələr sionist rejimin qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq niyyətini pisləyib və BMT Təhlükəsizlik Şurasının bu barədə təcili iclas keçirməsini istəyiblər.

SəhərAzəri xəbər verir, Qoşulmama Hərəkatına üzv ölkələr bir bəyanatda sionist rejimin qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq istiqamətindəki hər cür gələcək addımını pisləyiblər. Onlar bunun BMT nizamnaməsi, 4-cü Cenevrə konvensiyası, həmçinin BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurası daxil olmaqla beynəlxalq hüquq normalarının biabırçı şəkildə pozulması adlandırıblar.

Bu bəyanatda dünya ictimaiyyətindən istənilibdir ki, sionist rejimin Fələstin ərazilərinin mənimsənilməsi xüsusiyyət təşkil etməklə beynəlxalq hüquq normalarının pozulması üzrə qanunsuz hərəkətləri qarşısında ciddi reaksiya göstərsin və bu rejimi öz qanunsuz addımları qarşısında cavab verməyə məcbur etsin.

Sionist rejim iyul ayından qərb sahilindən bəzi hissələri işğal olunmuş ərazilərə qatmaq niyyətindədir.

Teqlər