COVID-19 ilə bağlı son məlumat
ABŞ-da yoluxanların sayı1 milyon 527 min nəfəri keçib
Amerikada koronavirusa yoluxanların sayı başqa bir sıçrayışla 1 milyon 527 min nəfəri keçib.
SəhərAzəri xəbər verir, Amerika mediaları dünən gecə bildiriblər ki, bu ölkədə ümumilikdə 1 milyon 527 min 664 nəfər koronavirusa yoluxubdur ki, onlardan 90 min 978 nəfər həyatını itiribdir.
Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.
Digər ölkələrdən daha gec şəkildə koronavirusun diaqnozu sınaqlarına başlayan Amerika hökuməti hazırda xəstələrin sayının çoxluğuna görə, sınaq şüşələri və digər tibb ləvazimatları çatışmazlığı ilə üzləşibdir.
Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.
Amerikada koronavirus pandemiyasının böyük sürətə malik olması nəticəsində ABŞ tarixində ilk dəfə olaraq, bu ölkənin bütün əlli ştatı koronavirusa düçar olubdur.
Amerika hökuməti, şəxsən bu ölkənin prezidenti Donald Tramp Amerikada koronavirusun yayılması qarşısındakı məsuliyyətsizliklərinə görə, kəskin tənqid atəşinə tutulublar.
Amerika xəstəxanaları cəmiyyəti martın 8-də bildirdi ki, ehtimal üzrə 96 milyon amerikalı bu virusa yoluxacaqdır ki, onlardan 480 min nəfər həyatını itirəcəkdir.