May 18, 2020 11:35 Asia/Baku
  • Daha bir ölkə koronavirus epidemiyasının başa çatdığını elan etdi

Kambocada son COVID-19 xəstəsi müalicə olunaraq xəstəxanadan evə buraxılıb.

SəhərAzəri xarici mınbələrə istinadən xəbər verir ki, bu barədə Kambocanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Hazırda ölkəyə xaricdən gələn xəstələrin sayının artmaması üçün tədbirlər görülür.

Bu günə qədər Kambocada 122 nəfər koronavirusa yoluxub, ölüm faktı qeydə alınmayıb.

Qeyd edək ki, ötən həftə Sloveniya rəhbərliyi ölkədə yeni yoluxanların olmadığını və karantin rejiminin başa çatdığını elan etmişdi.

Teqlər