May 19, 2020 19:23 Asia/Baku
  • Əllamə Zəkzakinin qızının Qüds günü müraciəti

Əllamə Zəkzakinin qızı deyib: Qüds gününü qeyd edirik ki, şücaətli fələstinli qardaşlarımıza qarşı repressiyaları pisləyək, onlarla həmrəyliyimizi və onlara dəstəyimizi ifadə edək.

SaharAzeri xəbər verir: Əllamə Şeyx İbrahim Zəkzakinin qızı- Suheyla İbrahim Zəkzaki Qüds günü münasibətilə verdiyi videomesajda deyib: Təəssüflə, bu il ötən illərdə olduğu kimi, yürüş təşkil etməklə Qüds gününü qeyd edə, həmçinin nikbət gününü pisləyə bilməyəcəyik. Bununla belə, biz evlərdən, avtomobillərdən, həmçinin küçələrdə və mümkün olan hər bir yerdə Fələstin bayrağını dalğalandıracağıq ki, Qüds günü mərasimi və nikbət gününü bu yolla qeyd etmiş olaq. Və ümid edirik, bizlərdən çoxumuz belə bir işi görməyə qadir olacağıq ki, Fələstin xalqı ilə həmrəyliyimizi nümayiş etdirə bilək.

ƏLLAMƏ ZƏKZAKİNİN QIZININ QÜDS GÜNÜ MÜRACİƏTİ

Teqlər