May 23, 2020 16:44 Asia/Baku
  • ABŞ-da bir gündə 23 mindən çox insan koronavirusa yoluxdu

ABŞ-da son sutka ərzində 23 mindən çox yeni növ koronavirusa yoluxma hadisəsi qeydə alınıb, 1,2 mindən çox insan virusdan ölüb.

 

SəhərAzəri - “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, habelə KİV-in və digər açıq mənbələrin məlumatlarını toplayaraq hesabat aparan Cons Hopkins Universiteti məlumat yayıb.

Məlumata görə, son sutka ərzində ABŞ-da 23 790 yeni yoluxma hadisəsi qeydə alınıb. Son 24 saat ərzində ABŞ-da 1 277 nəfər koronavirusun qurbanı olub.

Universitet məlumatına görə, ABŞ-da ümumilikdə 1,6 milyondan çox insan koronavirusa yoluxub, 96 mindən çox ölüm faktı qeydə alınıb. 350 mindən çox insanın isə sağaldığı qeyd olunur.

Teqlər

Şərhlər