May 24, 2020 08:30 Asia/Baku
  • Avropada COVID-19 xəstələrinin sayı 2 milyon nəfəri keçib

Rəsmi statistikalara görə, Avropada COVID-19-a yoluxanların sayı 2 milyon nəfəri keçibdir.

SəhərAzəri xəbər verir, Son rəsmi statistikalara əsasən, həmçinin Avropada koronavirusdan ölənlərin sayı 173 min 133 nəfərə çatıb. Belə bir halda, bütün dünyada koronavirus qurbanlarının sayı 342 min nəfəri ötüb keçibdir.

Hal-hazırda Rusiya 335 mindən çox virus daşıyıcısı ilə Avropada COVID-19-a yoluxanların sayı baxımından öndə gedir. Bu ölkədə həmin virusdan ölənlərin sayı isə 3 min 380 nəfəri keçibdir.

İspaniya 280 mindən çox virus daşıyıcısı ilə dünyada COVID-19-a yoluxanların sayı cəhətdən 2-ci yerdə durur. Bu ölkədə həmin virusdan ölənlərin sayı 26 min 678 nəfərə çatıbdır.

Avropada COVID-19-a yoluxanların sayı baxımından üçüncü pillədə duran İngiltərə 257 min nəfərdən çox koronavirus xəstəsinə malikdir. Bu ölkədə COVID-19-dan ölənlərin sayı isə 36 min 675 nəfərdir.

 

Teqlər

Şərhlər