Hind hərbçilər iki kəşmirli gənci öldürüblər
Hind hərbçilərin Hindistanın nəzarəti altında olan Kəşmirdə etirazçılara qarşı hücumunda iki gənc öldürülüb.
SəhərAzəri xəbər veriri, Hindistanın nəzarəti altında olan Kəşmirdə hind hərbçilər dünən səadətli Fitr bayramı ilə bir zamanda kəşmirli etirazçılarla toqquşublar. Bu toqquşmada Kelqam bölgəsində iki gənc hind qüvvələrin atəşi ilə öldürülübdür.
Həmçinin Hindistanın nəzarəti altında olan Kelqam və Şupiyan bölgələrində yerli hökumət etirazları dayandırmaq üçün mobil telefon şəbəkəsi və internet xidmətlərini dayandırıbdır.
Hindistan illər boyudur, minlərlə hərbi qüvvə yerləşdirməklə öz nəzarəti altında olan Kəşmir üçün çətin şərait yaradıb və otuz il ərzində on minlərlə nəfəri qətlə yetiribdir.
Kəşmir əhalisi BMT Təhlükəsizlik Şurasının Kəşmirin vəziyyətinin təyin edilməsi üzrə referendumun keçirilməsinə dair qətnaməsinin icrasını istəyir, amma Hindistan hökuməti bu tələbə qarşıdır.
Hindistanın baş naziri Narendra Mudinin hakimiyyətə gəldiyi zamandan bəri bu ölkənin təhlükəsizlik qüvvələrinin və ifratçı hinduların bu ölkə müsəlmanlarına qarşı repressiv hücumları artıbdır.