May 27, 2020 05:11 Asia/Baku
  • Avropa İttifaqı vətəndaşlarının 60 faizi böhran içərisindədir

Koronavirus böhranı ilə əlaqədar Avropa İttifaqı vətəndaşlarının 60 faizi maliyyə çətinliyi içərisində yaşayır.

SəhərAzəri xəbər verir, Bu məlumat Avropa Parlamentinin sifarişi əsasında hazırlanmış sorğuda yer alıb. Belə ki, rəyi soruşulanlardan 30 faizi böhran nəticəsində gəlirlərini itirdiklərini, 23 faiz isə iş yerini itirdiyini və ya məhdud saatlı iş rejiminə keçməli olduğunu bildirib. 14 faiz isə kirayə, gündəlik xərclər, kredit və digər ödənişləri həyata keçirməkdə ciddi problemlər yaşadığını söyləyib. Respondentlərin 10 faizi isə maliyyə sıxıntılarından canını qurtarmaq üçün ailə üzvləri və ya dostlarından maliyyə dəstəyi aldığını etiraf edib. Üç faiz isə böhran nəticəsində iflas həddinə çatdığını qeyd edib.

Rəyi soruşulanların əksəriyyəti Avropa İttifaqının böhrana reaksiyası və onun aradan qaldırılması üçün səylərinindən narazılıq ifadə edib.

Məlumatda qeyd edilir ki, ən narazı respondentlər İtaliya, İspaniya və Yunanıstan vətəndaşları olub.

Teqlər