May 29, 2020 12:07 Asia/Baku
  • İranın nüvə güzəştlərinin ləğvi NPT-nin pozulması deməkdir

Rusiyanın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı nümayəndəsi ABŞ-ın İranın nüvə güzəştlərini ləğv etməsini NPT-nin pozulması adlandırıb.

SəhərAzəri xəbər verir,Mixail Ulyanov bir tvitt-də yazıb: ABŞ-ın İranın nüvə güzəştlərini ləğv etməsi BMT nizamnaməsi, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və Nüvə Silahlarının Yayılmaması müqaviləsi- NPT-ni pozur.

Ulyanov sonra söyləyib: Amerikanın BMT-nin Təhlükəsizlik Şurası tərəfindən təsdiq olunmuş İranda nüvə anlaşması ilə bağlı nüvə layihələrinə qarşı qanunsuz sanksiyaları BMT nizamnaməsinin 25-ci maddəsi, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi və NPT-nin 4-cü maddəsini pozur və Amerika Nüvə Silahlarının Yayılmaması sistemini zəiflətməkdə davam edir.

Amerika hökuməti son zamanlar öz anti-İran hərəkətlərinin davamında nüvə anlaşmasına və BMT qətnamələrinə zidd olaraq elan etdi ki, Rusiya, Çin və Avropa ölkələri şirkətlərinin İranla dinc nüvə əməkdaşlıqları ilə bağlı güzəştləri uzatmayacaqdır.

Teqlər

Şərhlər