May 30, 2020 15:43 Asia/Baku
  • BMT Yəmənin humanitar vəziyyəti ilə bağlı öhdəliyinə laqeyd yanaşır

Yəmənin Səhiyyə Nazirliyinin mətbuat katibi BMT-nin Yəmənin humanitar vəziyyətilə bağlı öhdəliyini yerinə yetirmədiyini deyib.

SəhərAzəri xəbər verir, Əl-Məsirə telekanalının məlumatına görə, Yəmənin Səhiyyə Nazirliyinin mətbuat katibi Yusif Əl-Haziri səud koalisiyasının  təcavüzünün davam etməsi nəticəsində Yəmədə humanitar vəziyyətin pisləşməsinə toxunub."BMT və ona bağlı qurumlar təkcə Yəmənin humanitar vəziyyəti haqda danışırlar. Lakin bu  faciənin qarşısını almaq üçün effektiv bir addım atmırlar",- deyə, o əlavə edib.

Əl-Məsirə telekanalının bildirdiyinə görə, təcavüzkar səud qırıcıları son sutkada "Sədə" və "Həccə" vilayətlərinin müxtəlif bölgələrinə hava zərbələri endiriblər.

Başqa bir məlumata görə isə yerli KİV-lər Ərəbistan hərbçiləri və amerikan mütəxəssislərin "Məarib" vilayətindən çıxdığını bildiriblər.

Səudiyyə Ərəbistanı ABŞ, BƏƏ və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ili mart ayından Yəmənə hücum edib və onu mühasirəyə alıb.

Ərəbistan və müttəfiqlərinin Yəməndəki militarizmi indiyə kimi minlərlə insanın ölümü və milyonlarla nəfərin didərgin düşməsilə nəticələnib.

Səudiyyə Ərəbistanının hərbi təcavüzü, həmçinin, kasıb ölkə olan Yəməni kəskin Qida və dərman preparatları çatışmazlığı ilə üzləşdirib.

Teqlər