Məscidül-Əqsa və Məscidün-Nəbinin qapıları artıq açıqdır
Məscidül-Əqsa və Məscidün-Nəbinin qapıları koronavirusun yayılmasına görə iki ay müddətinə bağlı qaldıqdan sonra bu gün namazqılanların üzünə açılıbdır.
SaharAzeri Fələstinin Vəqflər İdarəsi bazar günü mayın 31-i bir bəyanat yayaraq, insanların sağlamlığını qorumaq üçün Məscidül-Əqsanın səhnləri, müsəllası və eyvanlarında müvafiq dezinfeksiya işləri aparıldıqdan sonra qapılarının açıldığını elan edib.
Bəyanatda deyilir: "Məscidül-Əqsada tibbi maska taxmaq, namaz qılmaq üçün səccadə gətirmək məcburidir. Məscidə daxil olmazdan əvvəl namazqılanların hərarəti termometrlə ölçüləcək".
Məscidül-Həram və Məscidün-Nəbinin müdirliyə də bazar günü tvitterdə paylaşdığı bir mesajda Məscidün-Nəbinin (s) qapılarının Səhər namazı üçün açıq olduğunu bildirib.
Məscidül-Əqsa və Məscidün-Nəbi koronavirusun yayılması və onun törətdiyi fəsadlar nəticəsində iki ay müddətinə bağlı idi və namazqılanları qəbul etmirdi.