Britaniyada Corc Floyda dəstək aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/dünya-i362518-britaniyada_corc_floyda_dəstək_aksiyası_keçirilib
ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda aksiya keçirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2020 16:28 Asia/Baku
  • Britaniyada Corc Floyda dəstək aksiyası keçirilib

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq Londonda aksiya keçirilir.

SaharAzeri "Sky News"-un verdiyi xəbərə görə, yüzlərlə insan Londonun mərkəzindəki Trafalgar Meydanında və “Westminster”də parlament binasının qarşısında toplaşıb.

Aksiya iştirakçıları “Corc Floyd üçün ədalət!”, “İrqçiliyə yer yoxdur!” və “Mən nəfəs ala bilmirəm!” kimi şüarların yazıldığı plakatlar tutublar. Bəzi aksiya iştirakçılarının koronavirusla bağlı sosial məsafəyə əməl etmədiyi müşahidə edilib. 

Qeyd edək ki, Minneapolisdə afroamerikalının polis zorakılığı nəticəsində ölməsindən sonra ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar olub.