İyun 01, 2020 04:30 Asia/Baku
  • ABŞ-ın təxminən 40 şəhərində komendant saatı tətbiq olunacaq

ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer 46 yaşlı afroamerikalı Corc Floydun ölümü ilə bağlı iğtişaşlar səbəbindən komendant saatının tətbiq olunduğunu elan edib.

SaharAzeri Report-a istinadla xəbər verir ki, bu barədə şəhər meri “Twitter” səhifəsində yazıb.

Mer komendant saatının bazar günü axşam yerli vaxtla saat 23:00-dan səhər saat 6-ya qədər davam edəcəyini bildirib və əhalini küçəyə çıxmamağa çağırıb.

Bouzer həmçinin, Milli Qvardiyanın qoşunlarının yerli polisə dəstək verəcəyini açıqlayıb.

CNN-in məlumatına görə, komendant saatı ABŞ-ın təxminən 40 şəhərində tətbiq ediləcək. 

Teqlər