İyun 01, 2020 07:57 Asia/Baku
  • Rusiya ABŞ polisinin jurnalistlərə qarşı zorakılığını pisləyib

Rusiya Xarici İşlər Nazirliyi dünən gecə bir bəyanatda Amerikanın polis məmurlarının bu ölkədəki anti-rasist etirazlar gedişində jurnalistlərə qarşı zorakılığını kəskin tərzdə pisləyib.

SəhərAzəri xəbər veiri, Rusiya Xarici İşlər Nazirliyi bu bəyanatda Amerika polisinin “Ria Novosti”nin müxbirinə qarşı vəhşicəsinə rəftarını qəbuledilməz adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Moskva Amerikadakı etirazların işıqlandırılması zamanı jurnalistlərin qanunsuz şəkildə həbs olunmaları və polis zorakılığının artmasından nigarandır. O, deyib: “Ria Novosti”nin müxbiri Mixail Turgiyevin müxbir kimi tanınmasına rəğmən, ona qarşı hücum tamamilə qanunsuz olubdur.

Rusiya Xarici İşlər Nazirliyi bu bəyanatda beynəlxalq təşkilatlardan da istəyibdir ki, yüksək diqqətlə Amerikadakı son olayları araşdırsınlar.

Teqlər