ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb
https://azeri.sahartv.ir/news/dünya-i362554-abŞ_məxfi_xidmətinin_50_dən_çox_əməkdaşı_xəsarət_alıb
ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 07:39 Asia/Baku
  • ABŞ Məxfi xidmətinin 50-dən çox əməkdaşı xəsarət alıb

ABŞ-ın paytaxtı Vaşinqtonda davam edən etiraz aksiyaları zamanı Məxfi xidmətin 50-dən çox əməkdaşı xəsarət alıb.

SəhərAzəri-nin Trend-ə istinadla verdiyi məlumatına görə, bu barədə təhlükəsizlik qurumunun yüksək vəzifəli məmuru bildirib.

Onun sözlərinə görə, etirazçılar təhlükəsizlik qüvvələrinin üzərinə Molotov kokteylləri atıb.

Etiraz aksiyasının qarşısının alınması üçün Məxfi xidmətlə yanaşı, federal marşallar, narkotiklə mübarizə idarəsinin əməkdaşları və Milli Qvardiya cəlb olunub.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları başlayıb.