Tramp Ağ Evin altındakı sığınacaqda gizləndi
https://azeri.sahartv.ir/news/dünya-i362555-tramp_ağ_evin_altındakı_sığınacaqda_gizləndi
ABŞ-da etirazçıların Ağ Ev önündə dəmir barrikadaları dağıtdığı zaman Prezident Donald Tramp sığınacaqda gizlədilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 08:11 Asia/Baku
  • Tramp Ağ Evin altındakı sığınacaqda gizləndi

ABŞ-da etirazçıların Ağ Ev önündə dəmir barrikadaları dağıtdığı zaman Prezident Donald Tramp sığınacaqda gizlədilib.

SəhərAzəri Axar.az-a xəbər verir ki, bunu CNN telekanalı Ağ Ev rəsmisindən aldığı məlumata əsasən bildirib.

İddiaya görə, D.Trampın yanında xanımı ilə kiçik oğlu Barron olub. Onlar Ağ Evin altındakı sığınacaqda 1 saat qalıblar.

ABŞ lideri isə Tvitter hesabından yayılan məlumatı təkzib edib.