Amerika etirazlarında həbs olunanların sayı 4100 nəfərə çatıb
ABŞ medialarının məlumatları göstərir ki, bu ölkədə həbs olunanların sayı 4100 nəfərə çatıb. Beş nəfər də polislə toqquşmada öldürülübdür.
SəhərAzəri xəbər verir, ABŞ polisinin rənglidərililərə qarşı zorakılıqlarına etirazlar hələ bu ölkənin kiçik və böyük şəhərlərində davam edir.Təhlükəsizlik qüvvələri də etirazçıların həbs edilmələrini davam etdirirlər.
“Vaşinqton Post” qəzeti bundan öncə həbs olunanların sayını 2500 nəfər elan etmişdi.
Bəzi mənbələr də təhlükəsizlik qüvvələrinin Ağ Ev qarşısında etirazçılarla toqquşmalarının artmasından xəbər verirlər və bildirirlər ki, Amerika polisi etirazçıları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edir.
Digər tərəfdən, etirazların genişlənməsilə ABŞ prezidenti Donald Tramp bir müddət Ağ Ev-də gizlənibdir.
Vaşinqton daxil olmaqla Amerikanın müxtəlif şəhərlərində hərbi hökumət və komendant saaatının elan olunmasına rəğmən, aksiyalar səngimək bilmir.
Los-Anceles, Filadelfiya, Atlanta, Denever, Vaşinqton, Klivlend və Siyatel daxil olmaqla Amerikanın bir neçə şəhərində gərginlik və çaxnaşmanın artması bu bölgələrin merlərini öz şəhərlərində hərbi hökumət elan etməyə məcbur edibdir.