Kreml: Moskva heç vaxt ABŞ-ın daxili işlərinə qarışmayıb
https://azeri.sahartv.ir/news/dünya-i362561-kreml_moskva_heç_vaxt_abŞ_ın_daxili_işlərinə_qarışmayıb
“Kremldə ABŞ-dakı iğtişaşları diqqətlə izləyirlər və baş verənləri onların daxili işi hesab edirlər. Moskva heç vaxt ABŞ-da baş verənlərə qarışmayıb, indi də qarışmağa hazırlaşmır”.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 01, 2020 09:30 Asia/Baku
  • Kreml: Moskva heç vaxt ABŞ-ın daxili işlərinə qarışmayıb

“Kremldə ABŞ-dakı iğtişaşları diqqətlə izləyirlər və baş verənləri onların daxili işi hesab edirlər. Moskva heç vaxt ABŞ-da baş verənlərə qarışmayıb, indi də qarışmağa hazırlaşmır”.

SəhərAzəri APA-ya istinadla xəbər verir, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz, sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin baş verənlər onların daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq, indi də qarışmağa hazırlaşmırıq", - deyə Kremlin sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Syuzan Rays CNN-ə müsahibəsində ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsindən sonra baş verən iğtişaşlarda Rusiyanın əlinin olduğunu bildirib.