Tramp Amerikada etirazçıların həbs olunmalarına dəstək verib
Amerika prezidenti bir tvitt-də etirazçıların həbsə atılmalarını himayə edib.
SaharAzeri xəbər verir, Belə bir halda, Donald Tramp onları azad etmək üzrə səyləri rədd edibdir.
Tramp tvitter-də demokrat partiyasının 2020-ci il prezident seçkilərinə namizədi Co Baydenin tənqidlərinə də işarə edib və belə yazıb: Yuxulu Co Baydenin himayədarları o qədər ekstremist solçudurlar ki, iğtişaşçıları zindandan çıxarmağa və hətta daha artıq işlər görməyə çalışırlar.
ABŞ prezidenti sonra yazıb: Əgər Co Bayden seçkilərdə qalib gələrsə, onun ekstremistləri işlərin idarəsini öz əllərinə alacaqlar.
Trampın bu sözləri Co Baydenin amerikalı etirazçılar arasında olmasından sonra söylənibdir.
Minnesota ştatının Mineapolis şəhər polisi keçən həftə müdafiəsiz qaradərili Amerika vətəndaşını faciəli surətdə qətlə yetirdi.
ABŞ polisinin qaradərililərə qarşı zorakı rəftarı son günlər ərzində bu ölkənin müxtəlif şəhərlərində geniş etirazlarla üzləşibdir.
Mövcud məlumatlara görə, indiyədək dörd mindən çox etirazçı həbs olunubdur.