İyun 03, 2020 13:28 Asia/Baku
  • Pentaqon Trampın təhdidindən nigarandır

ABŞ müdafiə nazirliyi- Pentaqon-un başçıları bu ölkə prezidentinin etirazçılarla rəftarda gücə söykənməyə və hərbi qüvvələrdən istifadəyə dair təhdidləri barədə nigarançılıq ediblər.

SəhərAzəri xəbər verir, Pentaqon başçıları deyiblər ki, hətta ABŞ prezidenti Donald Trampın Amerika şəhərlərində hərbi qüvvələr yerləşdirməyə hazır olmasına dair sözlərindən öncə bu barədə Pentaqon rəsmiləri arasında dərin və artmaqda olan narazılıq var idi.

Amerikanın müdafiə naziri Mark Esper bu ölkənin milli qvardiyasından istəyibdir ki, federal polisə və yerli qüvvələrə kömək üçün Vaşinqtona daha artıq qüvvələr göndərsin.

Amerika milli qvardiyası qüvvələrindən bəziləri vətəndaş nizam-intizamını bərqərar etmək tapşırığının onlara həvalə olunmasından narazıdırlar.

 

Teqlər

Şərhlər