İyun 03, 2020 13:51 Asia/Baku
  •  Nüvə silahının tətbiqiylə bağlı sənəd imzalanıb

Rusiya Prezidenti Vladimir Putin nüvə silahının tətbiqiylə bağlı şərtləri genişləndirən sənəd imzalayıb.

SəhərAzəri Axar.az-a istinadən xəbər verir, bu barədə məlumatı Rusiya mətbuatı yayıb.

Əgər 2014-cü ildə qəbul edilmiş hərbi doktrinada Rusiyanın nüvə silahından yalnız nüvə zərbəsi endiriləcəyi, eləcə də dövlət mövcudluğuna təhdid yaranacağı halda istifadəsinə icazə verilirdisə, yeni sənəd “cavab zərbəsi” prinsipini de-fakto dəfn edib. Yeni sənədə əsasən, Rusiya nüvə silahından düşmənin kritik vacib dövlət və ya hərbi obyeklərə hərəkətə keçəcəyi zaman istifadə edə bilər.

Həmçinin əvvəllər nüvə silahının yalnız düşmənin istifadə edəcəyi halda tətbiqi şərti doktrinada yer alırdısa, indi bunun üçün ballistik raketin Rusiya istiqamətində buraxılmağa hazırlanması barədə etibarlı informasiya kifayət edəcək.

Rusiyanın öz müttəfiqlərinə edilən hücuma cavab olaraq nüvə zərbəsi endirə biləcəyi də doktrinada vurğulanıb.

Rusiyanın nüvə raketlərini təkcə nüvə dövlətlərinə yox, həm də nüvə silahı olmayan, Rusiyanı düşmən kimi görən və ya Rusiyaya qarşı müqavimət aparan bloklara üzv olan ölkələrə tuşlaya biləcəyi də artıq yeni sənədlə təsdiqlənib.

Sənəddə nüvə silahının yalnız prezidentin əmri əsasında tətbiq edilməsinin mümkün olduğu qeyd edilib.

Teqlər