Qərb hökumətləri xalq hiddəti tufanından nigarandırlar
Elə bu İngiltərədə bu fikirdə olanlar az deyildir ki, Qərb hökumətlərinin səhiyyə, ictimai, iqtisadi və hərbi böhranların aradan qaldırılmasındakı faydasızlığı daha aşkar olub və ümumi narazılıqların nəzərəçarpacaq dərəcədə genişlənməsi Qərb rejimləri üçün təhlükə siqnalını səsləndiribdir.
SəhərAzəri xəbər verir, Çoxdandır ki, kapitalizm quruluşunun bitməsi və qloballaşma planının batması prosesinin başlanmasından söhbət edilir, amma hazırda Qardian qəzetinin yazdığına görə, əsl tufan baş veribdir.
Hələ Qərb ölkələri koronavirus kabusundan xilas olmamış,
Amerika hökumətinin irqçiliyi çaxnaşmalara səbəb olubdur ki, onun dalğası digər Qərb ölkəlrinə də çəkilibdir.
Qərbin irqçilyi hekayəti ABŞ və İngiltərənin də daxil olduqları Qərb dövlətlərinin alnına vurulan bir biabırçılıq damğasıdır.
m.k- İnsanın ürəyi ağrayır, eşidəndə ki, hələ də dərilərinin rənginə görə, bu cür rasistcəsinə hərəkətlərin hədəflərinə çevrilirlər. Əlbəttə, irqçilik Amerika ilə məhdudlaşmır. Burada, İngiltərədə də rasist ünsürlər var və qaradərililərə divan tutulması ağdərililərin vəziyyəti ilə müqayisəediləsi deyildir.
Koronavirusun aradan qaldırılmasındakı acizliyə, həmçinin irqçilik və korrupsiya virusu ilə barışmaya görə, Qərb ölkələrində dövlətlərə və siyasətlərə etimadsızlıq, o qədər genişlənib və xalqların reaksiyalarına səbəb olubdur ki, İngiltərədəki ekspertlərin sözlərinə görə, məsələn ABŞ prezidenti Donald Tramp öz sarayında yaşaya bilmir və öz təhlükəsizliyini qorumaq üçün sığınacağa getməyə məcburdur.
m.k- Bu miqyasda çaxnaşma göstərir ki, sosial ədalət nə qədər pozulubdur. Qərb dövlətləri xalqın ehtiyaclarına diqqət yetirmək əvəzinə, varlılar və siyasətçilərin maraqlarının təmin edilməsi ilə məşğuldurlar və təbəqələrarası məsafə hər gün daha da dərinləşməkdədir.
Və İngiltərədə də Yuqava rəy sorğusu müəssisəsinin bildirdiyinə görə, dövlətə ümumi etimad miqdarı nəzərəçarpacaq həddə azalıbdır. Hazırda Qərbə hakim kəsilmiş bütün sistem ittihama məruz qalır.
29 yaşlı ingiltərəli qaradərili Mark Doqan 2011-ci il avqustun 3-də İngiltərə polisi tərəfindən Londonun Totenhem məhəlləsində öldürüldü. Onun ölümü həmin ildə İngiltərədə qiyamlara səbəb oldu və bu həftə Amerikada rasizmi pisləyən aksiyalarda aksiya iştirakçılarının bir hissəsi «Corc Floyd üçün ədalət!» və «Mark Doqan üçün ədalət!» şüarları veriblər.
Ağ Ev-in milli təhlükəsizlik müşaviri Robert Obrayen ABC Nyus telekanalı ilə müsahibədə iddia etdi ki, İran, Rusiya və Çin Amerikadakı çaxnaşmaların artmasında rol oynayırlar. İndi amerikalılar deyirlər ki, iş, İranın işidir. Halbuki indiyədək iddia edirdilər ki, dünyanın bütün işləri onların əllərindədir.