Moskvada koronavirus qurbanlarının sayı 2700 nəfəri keçib
https://azeri.sahartv.ir/news/dünya-i362699-moskvada_koronavirus_qurbanlarının_sayı_2700_nəfəri_keçib
Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 64 nəfər dünyasını dəyişib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2020 05:40 Asia/Baku
  • Moskvada koronavirus qurbanlarının sayı 2700 nəfəri keçib

Rusiya paytaxtında koronavirusa yoluxmuş və digər xəstəliklərin də aşkar olunduğu daha 64 nəfər dünyasını dəyişib.

SaharAzeri APA-ya istinadla xəbər verir ki, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 2749-a çatıb.

Məlumatda qeyd olunur ki, Rusiyada indiyədək 432 277 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 8536 nəfər bu virusa yoluxub, 178 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 5215 nəfərdir, indiyədək 195 957 nəfər sağalıb.