BMT-nin insan haqları üzrə baş komissarı ABŞ-dakı "struktur irqçiliyi" tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i362701-bmt_nin_insan_haqları_üzrə_baş_komissarı_abŞ_dakı_struktur_irqçiliyi_tənqid_edib
BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçelet Amerikadakı "struktur irqçiliyi" tənqid edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 04, 2020 07:08 Asia/Baku
  • BMT-nin insan haqları üzrə baş komissarı ABŞ-dakı

BMT-nin insan haqları üzrə baş komissarı Mişel Baçelet Amerikadakı "struktur irqçiliyi" tənqid edib.

SaharAzeri xəbər verir, Amerika polisinin bu ölkədəki son etirazlar zamanı etirazçılara və jurnalistlərə qarşı zorakı rəftarlarını tənqid edən Baçelet, ABŞ-ın dövlət başçılarını bu ölkədəki "struktur irqçiliyə" son qoyulmasını tələb edən insanların səslərini dinləməyə çağırıb.
Amerikanın müxtəlif şəhərləri, o sıradan Minnesota ştatındakı Minneapolis şəhəri bu günlər etirazçı xalqın bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiya səhnələridir.
Amerikada ağdərili bir polis keçən həftənin bazar ertəsi günü Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ABŞ vətəndaşını faciəli surətdə qətlə yetirdi.

Bu cinayət Amerika xalqının hiddətinə səbəb oldu.

Amma ABŞ polisi və təhlükəsizlik qüvvələri bu ölkənin prezidenti Donald Trampın əmri ilə etirazçılara divan tuturlar.
Son günlər ABŞ-dakı etiraz aksiyaları zamanı yüzlərlə nəfər, o cümlədən bir neçə jurnalist yaralanıb və ya həbs olunubdur.