Pelosi amerikalı etirazçılar arasında
Donald Trampın sərt tənqidçilərindən olan ABŞ konqresinin nümayəndələr palatasının sədri Vaşinqtonda irqi ayrı-seçkiliyə etiraz edənlərin arasına gəlib.
SaharAzeri xəbər verir, ABŞ konqresinin nümayəndələr palatasının sədri Nensi Pelosi Vaşinqtonda konqresin binası qarşısında afroamerikalı Corc Floydun qətlinə etiraz edənlərdən bir qrupunun arasında olaraq, onlara əl çalmaqla bu etirazlarla öz həmrəyliyini elan edibdir.
Donald Trampın sərt tənqidçilərindən olan Pelosi bundan öncə demişdi ki, Tramp ölkəni müttəfiq etmək yerinə, daxili etirazları alovlandırmaqdadır.
Trampın son günlər söylədiyi sözlər bir çox tənqidlə üzləşib və bir çoxları onu etirazçılara qarşı zorakılığı təhrik və onları təhdid etməkdə ittiham ediblər.
Amerikanın müxtəlif şəhərləri, o sıradan Minnesota ştatındakı Minneapolis şəhəri bu günlər etirazçı xalqın bu ölkə polisinin rasistcəsinə rəftarına qarşı aksiya səhnələridir.
Amerikada ağdərili bir polis keçən həftənin bazar ertəsi günü, mayın 25-də Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ABŞ vətəndaşını faciəli surətdə qətlə yetirdi.
Bu cinayət Amerika xalqının hiddətinə səbəb olubdur. Amma ABŞ polisi və təhlükəsizlik qüvvələri bu ölkənin prezidenti Donald Trampın əmri ilə etirazçılara divan tuturlar.
Son günlər ABŞ-dakı etiraz aksiyaları zamanı minlərlə nəfər yaralanıb və ya həbs olunubdur.