Kanada Baş nazrindən;
Kanadada mütəşəkkil ayrı-seçkiliyə etiraf
Kanadanın baş naziri deyib ki, bu ölkədə mütəşəkkil ayrı-seçkilik mövcuddur və biz öz məhkəmə sistemimizi dəyişməliyik.
SəhərAzəri xəbər verir, Castin Trüdo bildirib ki, rasizm, o cümlədən qaradərililərə qarşı irqi ayrı-seçkilik bir reallıqdır. O, etiraf edib ki, bu məsələ Amerikadan əlavə, Kanadada da mövcuddur və şəxslər hər gün mütəşəkkil ayrı-seçkiliyə, rasizmə və kor-koranə təəssüblərə məruz qalırlar.
Trüdo Amerikadakı çaxnaşmalar haqda deyib ki, kanadalılar heyrət və vəhşətlə Amerikada baş verənlərə baxırlar, amma bu məsələ səbəb olmayacaq ki, biz öz məhkəmə və polis sistemimizi araşdırmağı nəzərdən qaçırmış olaq.
Trüdo sonra söyləyib: Biz elə etməliyik ki, öz gündəlik həyatında real bərabərsizlik və ayrı-seçkiliklə üzləşən milyonlarla kanadalı daha yaxşı himayə edilmiş olsun.
Kanadanın baş nazirinin bu sözləri elə bir halda söylənir ki, mayın 29-da bu ölkənin Toronto şəhərində qaradərili bir qızın ölümündən sonra həmin şəhərdə minlərlə nəfər rasizmə qarşı aksiya keçirdi.
Etirazçıların əllərindəki plakatlarda bunlar yazılmışdı: “Bizi öldürməkdən əl çəkin!” və “Qaradərililərin canı önəmlidir!”