Rusiya ABŞ-ın İrana qarşı hədələrini tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i362748-rusiya_abŞ_ın_İrana_qarşı_hədələrini_tənqid_edib
Rusiya xarici işlər nazirliyinin sözçüsü Amerikanın İran neftinin Venesuelaya ixracatını asanlaşdıranların hədələnməsi üzrə hərəkətini qəbuledilməz adlandırıb və onu pisləyibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2020 10:43 Asia/Baku
  • Rusiya ABŞ-ın İrana qarşı hədələrini tənqid edib

Rusiya xarici işlər nazirliyinin sözçüsü Amerikanın İran neftinin Venesuelaya ixracatını asanlaşdıranların hədələnməsi üzrə hərəkətini qəbuledilməz adlandırıb və onu pisləyibdir.

SəhərAzəri xəbər veri, Mariya Zaxarova dünən gecə sonra söyləyib: Amerikanın İran neftinin Venesuelaya ixracatını asanlaşdıran ölkələri sanksiya etmək üzrə təhdidi qəbuledilməzdir.

Amerikanın sanksiya siyasətlərini pisləyən Zaxarova vurğulayıb ki, Moskva Vaşinqtonun qanunsuz hərəkətlərinin dayandırılmasını istəyir.

Amerikanın maliyyə nazilrliyi son zamanlar İran neftinin Venesuelaya ixracatında iştirak etmiş dörd gəmiçilik şirkətini sanksiya etməkdən əlavə, təhdidlə bildiribdir ki, İran neftinin Venesuelaya ixracatında rol oynayan ölkələri, limanların məsul şəxslərini, tankerlərin kapitanlarını Amerikanın sanksiyalar siyahısına salacaqdır.

İran İslam Respublikası son vaxtlar Amerikanın iqtisadi mühasirəsi altında olan Venesuelanın hökuməti və xalqını himayə istiqamətində yanacaq daşıyan beş tankeri bu ölkəyə göndərdi və onların hamısı ABŞ-ın təhdidlərinə rəğmən, Venesuela limanlarında lövbər saldılar.

İran İslam Respublikasının hər iki ölkənin Amerikanın sanksiyaları altında olduğu bir halda atdığı bu addım Vaşinqton başçılarının hiddətinə səbəb olubdur.

İran İslam Respublikası və Venesuela iki müstəqil ölkə kimi daim Vaşinqtonun hegemonçuluq siyasətləri və hərəkətləri qarşısında dayanıbdır.