Birmenhem əhalisi Amerikadakı rasizmə qarşı aksiya keçirib
İyun 05, 2020 15:06 Asia/Baku
İngiltərənin Birmenhem şəhərinin əhalisi afroamerikalı Corc Floydun ABŞ polisi tərəfindən faciəli surətdə qətlə yetirilməsinə etiraz olaraq, dünən aksiya keçirib.
SəhərAzəri xəbər veri, Bu aksiyada Amerika polisinin zorakılığını pisləyən Birmenhem şəhərinin əhalisi Corc Floydun ailəsi və Amerika xalqı ilə öz həmrəyliyini elan edib.
İngilis etirazçılar həmçinin bildiriblər ki, qaradərililərlə zorakı rəftarla bağlı London da günahsız deyil. Onlar vurğulayıblar ki, İngiltərə hökuməti bu ölkə boyu edilən rasistcəsinə hərəkətlər və polis amansızlığı ilə mübarizə aparmalıdır.