Amerikalıların üçdə ikisi Trump-ı irqi gərginliyin amili bilir
ABŞ-da yeni bir rəysorğusu göstərir ki, amerikalıların üçdə ikisi Corc Floydun qətlindən sonrakı irqi gərginliklə bağlı Donald Trump-ın birbaşa məsuliyət daşıdığına inanır.
SəhərAzəri İRNA-ya istinadla xəbər verir, NPR Radiosu, PBS və Marist Düşüncələr İnstitutunun ortaq sorğusu amerikalıların 67 faizinin Trump-ın irqi gərginliyi artırdığına inandığını göstərir.
Respondentlərin yalnız 18 faizi Trump-ın irqi gərginliyi azaltdığını düşündüklərini söyləyib.
Sorğu bu həftənin çərşənbə axşamı və onda çərşənbə günləri keçirilib və 1062 nəfər iştirak edib.
Trump aksiya iştirakçılarını qarətçilər adlandırıb, onlara qarşı hərbi güc tətbiq edəcəyi ilə hədələmişdi.
ABŞ Müdafiə Naziri Ceyms Mettis bu həftə Trampın söylədiklərini tənqid edərək deyib: "Bütün həyatımda, Trump yeganə prezidentdir ki, ölkəni birləşdirməyə çalışdığını hətta təzahür etməyə çalışmır.