İyun 06, 2020 08:59 Asia/Baku
  • Vaşinqton meri Trampa qarşı tələb irəli sürdü

ABŞ-ın Vaşinqton şəhərinin meri yenidən Prezident Donald Trampdan hərbçiləri paytaxtdan çıxarmağını tələb edib.

SaharAzeri xəbər verir,Müriel Buzer dünən verdiyi açıqlamada bildirib ki, Donald Tramp Vaşinqtonda federal hüquq mühafizə orqanları və hərbçilərin qeyri-adi yerləşməsinə son qoymalıdır. 

Bundan əlavə, o qeyd edib ki, federal agentlərin şəhərdə olması yalnız nümayişçiləri təhrik edir.

Tramp merin məsləhətinə əməl etməyə məcbur deyil, çünki Vaşinqtonun əhəmiyyətli hissəsi Federal xidmətlər tərəfindən qorunan federal mülkiyyətdir.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ölkədə, həmçinin Vaşinqtonda iğtişaşlar başlayıb. Bazar ertəsi günü paytaxtdakı etirazçılar dağıdılıb. Həmin vaxtdan şəhərdə gündəlik etirazlar dinc keçir.

Teqlər

Şərhlər