İyun 06, 2020 10:54 Asia/Baku
  • ABŞ irqçilik mərəzindən xilas ola bilmir-Təhlil

ABŞ-da irqçilik probleminin həlli üçün ölkə rəhbərliyində siyasi iradə yoxdur.

SaharAzeri xəbər verir,Araşdırmalar göstərir ki, ağdərililərin üstün olması düşüncəsinin tarixi, ABŞ-ın tarixi qədərdir. Bu arada Trampın prezident seçilməsindən sonra irqçilik səbəbilə olunan hücum və atılan addımlar barədə xəbərlərin sayı-hesabı yoxdur.  Ağdərililərin üstün olmasına inanan hərəkatlar Trampın qalib gəlməsindən sonra, üzə çıxaraq, başqa millətlərin nümayəndələrinə meydan oxuyurlar.

Bu istiqamətdə ABŞ xalqının 49%-i cəmiyyətin ən böyük probleminin irqçilik və azlıq təşkil edən qruplara qarşı atılan addımlar olduğunu bildirirlər.  Həmçinin son illərdə ABŞ-ın hər tərəfində bu cür ifratçı ideologiyalar xalqın içində genişlənib və yaxın gələcəkdə ölkənin ən böyük problemlərindən hesab olunacaq.

Əslində Amerika Birləşmiş Ştatları üçün insanların rəngi məsələsi həmişə problem olub. Quldarlığın ləğvindən 150 ildən çox vaxt keçməsinə baxmayaraq, irqi məsələ aktuallığını hər zaman qoruyub saxlayıb. İdarəetmədə üstünlük təşkil edən ağdərililər sanki onlarla eyni ölkənin vətəndaşı olan şəxslərə yuxarıdan aşağı baxmaq siyasətinə son qoya bilmirlər. Yəni bir növ bu, onların qanına işləyib. Bu günlərdə Minnesota Ştatında baş vermiş məlum polis zorakılığı bunu bir daha əyani şəkildə ortaya qoydu.

Hadisələrin gedişi isə ABŞ dövlətində və onun hüquq-mühafizə orqanlarında bu xəstəliyin sanki əlacsız olduğu qənaətinə gətirib çıxarır. İrqi ayrı-seçkiliyə artıq orta əsrlərin qalığı kimi baxıldığı bir dönəmdə Birləşmiş Ştatlar kimi bir dövlətdə bu, prioritet məsələyə çevrilir. Ən dəhşətlisi odur ki, ABŞ-da insanlar dərisinin rənginə görə öldürülür, döyülür və işgəncələrə məruz qalır. Dünya ölkələrinə insan hüquq və azadlıqlarından dərs keçən Dövlət Departamenti isə öz gözündə tiri görməyib başqasının gözündə çöp axtaran təsiri bağışlayır.
Politoloqlar və müşahidəçilər hesab edirlər ki, Minneapolis şəhərində baş verənlər ABŞ ictimaiyyətinə və dövlətinə ciddi mesajdır. Heç kim istisna etmir ki, Amerika polis dövlətidir və ölkədə sabitliyi qorumaq üçün polisə geniş səlahiyyət verilib. Amerika polisi qaradərililərin məhəllələrində gücləndirilmiş rejimdə çalışır və şübhəlilərə qarşı amansızdır.

 

Teqlər

Şərhlər