İyun 06, 2020 16:39 Asia/Baku
  • ABŞ-da Milli Qvardiya 33 ştata yeridilib

ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 42 minə yaxın hərbçisi cəlb edilib.

SaharAzeri xəbər verir, CNN Telekanalı xəbər verir: Hərbçilərdən 5 mini Vaşinqtonun Kolumbiya dairəsində asayişi qorumağa cəlb edilib.

Bildirilir ki, ötən gün 32 ştatda və Kolumbiya dairəsində asayişi qorumağa cəlb edilən Milli Qvardiya hərbçilərinin sayı 33 min təşkil edirdi.

Qeyd edək ki, Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ABŞ-ın müxtəlif yerlərində etiraz aksiyaları keçirilir.

Teqlər

Şərhlər