İyun 07, 2020 08:08 Asia/Baku
  • Donald Trampın anti-rasizm aksiyalarına qarşı hərbi reaksiyası kəskin qınanılır

ABŞ-da anti-rasizm hərəkatının davam etməsilə paralel olaraq, bu ölkə prezidentinin etirazlara hərbi müdaxiləsi kəskin tənqid edilib.

SaharAzeri xəbər verir,"Hil" xəbər portalının məlumatına əsasən, ABŞ-ın 89 yüksək vəzifəli hazırkı və keçmiş hərbi rəsmisi, o cümlədən ABŞ-ın sabiq müdafiə nazirləri "Leon Panetta", "Çak Higel" və "Aşton Kater" prezident Donald Trampın afroamerikalı Corc Floydun ölümünə qarşı etirazlara reaksiyasını qınayıblar.

Bu hərbi rəsmilər Donald Trampa hərbçilərə aksiyaçıları dağıtmaq əmri vermək barədə xəbərdarlıq ediblər.

Cümə günü ABŞ-ın 280-dən çox diplomatı, generalı və milli təhlükəsizlik rəsmiləri  Donald Trampı ordudan siyasi məqsədlər üçün istifadə etməməyə çağırıblar.

Sözü gedən rəsmilər birgə bəyanat yayaraq, hərbçilərdən sui-istifadənin ABŞ-ın demokratik quruluşunu zəiflədəcəyini söyləyiblər.

ABŞ prezidenti bu yaxınlarda ştat qubernatorlarının etirazçıları dağıtmaq üçün lazımi addımları atmadığı təqdirdə, özünün birbaşa göstərişi ilə ordu qüvvələrini küçələrə yerləşdirəcəyilə hədələyib. 

 

 

 

Teqlər