Maduro: İran, Rusiya, Çin və Kuba Venesuelanın əsl dostlarıdır.
https://azeri.sahartv.ir/news/dünya-i362876-maduro_İran_rusiya_Çin_və_kuba_venesuelanın_əsl_dostlarıdır.
Venesuela prezidenti İran, Çin, Rusiya və Kubanı humanitar yardımlarına görə tərifləyib, onları Venesuelanın həqiqi dostları adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2020 05:47 Asia/Baku
  • Maduro: İran, Rusiya, Çin və Kuba Venesuelanın əsl dostlarıdır.

Venesuela prezidenti İran, Çin, Rusiya və Kubanı humanitar yardımlarına görə tərifləyib, onları Venesuelanın həqiqi dostları adlandırıb.

 

SəhərAzəri Fars Xəbər Agentliyinə istinadən xəbər verir, ABŞ-ın Venesuela qanuni hökumətinə təzyiqlərinin artdığı və Vaşinqtonun qondarma prezident Xuan Guido-ya dəstəyi ilə eyni zamanda, Venesuela Prezidenti Nikolas Maduro  İran, Rusiya, Çin və Kubaya təşəkkürlərini bildirdi.

Maduro, ölkə televiziyasının yayımladığı nitqində deib: "Çin, Rusiya, İran və Kubadan (Venesuelaya) humanitar yardım verilir. Onlar əsl dostlardır (Venesuelalılar üçün)."

Bu nitqində Nikolas Maduro, ABŞ-ın Venesuelaya 20 milyon dollar yardım etmə barədəki verdiyi əvvəlki vədinə işarə ilə deyib: " Vaşinqton Ancaq bir dollar belə kömək etmədi."

Venesuela prezidenti İran, Rusiya, Çin və Kubaya göstərdikləri dəstəyə görə təşəkkür edərək, tezliklə enerji sektorunda və digər sahələrdə əməkdaşlıq haqqında müqavilələr imzalamaq üçün İrana gələcəyini söylədi.

İran yanacağı və avadanlıqlar daşıyan beşinci və sonuncu tankerin Venesuela limanına gəlişindən bir gün sonra çıxış edən Maduro, deyib: "Bu insanlara təşəkkür etmək üçün şəxsən İrana səfər etmək borcumdur."

ABŞ-ın təzyiq və təhdidlərinə baxmayaraq, Klavel, Fakson, Forçon, Forrest və Petonia neft tankerləri bu yaxınlarda İran yanacağı və avadanlıqlarını Venesuelaya çatdırdılar.