Hakerlər Fransa polisində rasizmi ifşa ediblər
Hakerlər bir Facebook qrupuna nüfuz etməklə Fransa polisindəki irqçiliyi üzə çıxarıblar.
SaharAzeri xəbər verir,Frans-24 telekanalının məlumatına görə, bir haker qrupu Fransa polisinin Facebook səhifəsi- "TN Rabiot Police Officiel"ə girərək, polis üzvlərinin rasist məzmunlu çətinin mətnini yayıbdır.
Haker qrupu Fransa polisi üzvlərinin çətini bu vebsaytda yerləşdirib.
Həmin vebsaytda Fransa polisi personalına aid olan yüzlərlə Facebook mesajından təsvirlər yayılıbdır ki, bu da polisin etibarına böyük xələl gətirib. Həmin mesajlar rasist təbirlərə malikdirlər.
Bu ifşaçılıq Fransa xalqının hiddətinə səbəb olubdur.
Fransanın daxili işlər naziri Kristof Kastaner bu ifşaçılıqdan sonra bildiribdir ki, hər cür səhv, ifratçılıq və irqçi ifadələrlə ciddi rəftar ediləcək və bu cür addımlar cəriməyə şamil olacaqdır.