Rusiyada daha 171 nəfər pandemiyanın qurbanı olub
https://azeri.sahartv.ir/news/dünya-i362919-rusiyada_daha_171_nəfər_pandemiyanın_qurbanı_olub
Rusiyada son bir gündə daha 8 595 nəfərə COVID-19 diaqnozu qoyulub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 09, 2020 09:46 Asia/Baku
  • Rusiyada daha 171 nəfər pandemiyanın qurbanı olub

Rusiyada son bir gündə daha 8 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

SaharAzeri Report-a istinadla xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 485 253 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 171 nəfər artaraq 6 142-yə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 242 397 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 572 nəfər.