İyun 11, 2020 10:05 Asia/Baku
  • ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıb

İraqın paytaxtı Bağdadın mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya raket düşüb.

SaharAzeri Report-a istinadla xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

"Bu yaxınlarda “ yaşıl zona”nın Amerika səfirliyinə yaxın hissəsində raketin düşməsi nəticəsində partlayış baş verdi. "Yaşıl zonada" sirenalar işə salındı”, - müsahib agentliyə deyib.

Hadisə zamanı ölənlər və ya maddi ziyan barədə bildirilmir.

İraqın təhlükəsizlik orqanları “Twitter”də qeyd edib ki, raket "yaşıl zona”dan şərqdəki “Xalq” stadionu yaxınlığında buraxılıb.

Teqlər