Tramp polisin islahı üçün sərəncam verə bilər
Ağ Ev-in sözçüsü bildirib ki, Amerika prezidenti ehtimal üzrə bu ölkə polisində islahat aparmaq üçün sərəncamdan istifadə edəcək.
SaharAzeri xəbər verir, Ağ Ev-in sözçüsü Keyli Mak Enani dünən Foks-Nyus telekanalı ilə müsahibədə elə bir halda bu ehtimaldan söz açıbdır ki, milyonlarla etirazçı bu ölkənin ağdərili polis zabiti tərəfindən afroamerikalı Corc Floydun vəhşicəsinə öldürülməsinə qarşı ümumölkə aksiyaları keçiriblər.
Bu etirazların ardınca Tramp və ABŞ konqresi bu ölkənin polis idarələrində rasizmin kökünün kəsilməsi, həmçinin təhlükəsizlik və icra sektorlarında islahat üçün təzyiq altına alınıblar.
ABŞ konqresinin nümayəndələr palatasının demokratları ötən bazar ertəsi günü polisin islah edilməsi layihəsini təqdim etdilər. Ona əsasən, federal təhlükəsizlik qüvvələrinin şübhəlini boğmaq metodundan istifadə etməsi qadağan edilir. Polis zabitləri üçün şərtli toxunulmazlıq doktrinası məhdudlaşdırılır, bütün Amerikada polis zabitlərinin geyimlərinin üzərinə kameranın yerləşdirilməsi icbari olur və bir milli data mərkəzi yaradılır ki, onda polis gücündən sui-istifadə edən zabitlərin adları və barələrində məlumat təqdim edilmiş olsun.
Corc Floydun vəhşicəsinə öldürülməsinin ardınca Amerikanın müxtəlif şəhər və ştatları iki həftədən çoxdur ki, rasizmə qarşı etirazlar səhnəsidir və polis etirazçıları yatırmaq üçün şəxsləri avbomilllə basmaq və birbaşa atəş kimi müxtəlif qeyri-insani və qeyri-əxlaqi metodlara əl atıbdır.