İyun 11, 2020 18:49 Asia/Baku
  • ABŞ-ın durumunun ağırlaşmasından nigarançılıqlar artıb

Amerikada koronavirusa yoluxanların sayının iki milyon nəfərdən yuxarıya yüksəlməsilə bir zamanda, bu ölkənin durumunun ağırlaşmasından nigarançılıqlar artıbdır.

SaharAzeri xəbər verir, Ümumdünya Səhiyyə Təşkilatının şöbə müdiri Aşiş Ceha Amerikanın Harvard universitetində bildirib ki, bu ölkədə koronavirusdan ölənlərin sayı ehtimal üzrə sentyabr ayınadək təqribən ikiqat artacaq və bu virusa yoluxma səbəbindən həmin ayadək daha yüz min nəfər həyatını itirəcək.

Ümumdünya Səhiyyə Təşkilatının şöbə müdiri sonra deyib ki, COVID-19-a yoluxma səbəbindən Amerikada gündə 800-dən min nəfərədək insanın həyatını itirəcəyi gözlənilir.

Amerikada xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzi də proqnoz edibdir ki, iyunun 27-də Amerikada 118 mindən 143 minədək insan koronavirusun qurbanı olacaqdır.

 

Teqlər