Sionist rejimdən Trumpın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətinə alqış
https://azeri.sahartv.ir/news/dünya-i363046-sionist_rejimdən_trumpın_beynəlxalq_cinayət_məhkəməsinə_qarşı_hərəkətinə_alqış
Sionist rejimin baş naziri ABŞ prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətini dəstəklədi və alqışladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 11, 2020 18:48 Asia/Baku
  • Sionist rejimdən Trumpın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətinə alqış

Sionist rejimin baş naziri ABŞ prezidentinin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətini dəstəklədi və alqışladı.

SaharAzeri xəbər verir, İsrailin Baş naziri Benyamin Netanyahu, cümə axşamı günü ABŞ prezidenti Donald Trumpın Beynəlxalq Cinayət Məhkəməsinə qarşı hərəkətini alqışladı.

Amerika Birləşmiş Ştatlarının Prezidenti cümə axşamı Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyaları təsdiq edən bir sərəncam imzaladı.

Bu barədə media məlumat yayaraq bildirib ki, Trump Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ-ın Əfqanıstandakı cinayətlərini araşdırması üçün ona qarşı sanksiyalar tıtbiq edilməsi barədə sərəncam imzalayıb.

Bu sərəncam dövlət katibinə imkan verir ki, ABŞ naziri ilə məsləhətləşmədə ABŞ-ın Əfqanıstandakı müharibə cinayətlərinin araşdırılmasında iştirak edən Beynəlxalq Cinayət Məhkəməsinin bir sıra işçilərinin əmlaklarını blok etsin.