İyun 12, 2020 07:12 Asia/Baku
  • ABŞ-da koronavirus qurbanlarının sayı 116 min nəfəri keçib

Amerikada koronavirusdan ölənlərin sayı digər bir sıçrayışla 116 min nəfəri keçib.

SaharAzeri xəbər verir, Amerika mediaları cümə axşamı günü gecə bildiriblər ki, bu ölkədə koronavirusa yoluxanların sayı 2 milyon 89 min 701 nəfərə çatıb və onlardan 116 min 34 nəfər həyatını itiribdir.

Amerika hazırda həm koronavirusa yoluxma, həm də bu virusdan ölüm hallarının sayı baxımından dünya ölkələrinin önündə gedir.

Belə bir halda, Amerikanın COVID-19 virusundan irəli gələn ölüm hallarının sayı baxımından öndə getməsi bu ölkənin müxtəlif şəhərlərində cəsədlərin dəfn olunmaları kimi böyük bir problem yaradıb və amerikalı rəsmiləri kütləvi qəbirlər təşkil etməyə məcbur edibdir.

Teqlər